İdman

Dünya çempionatının finalı təkrar keçiriləcək? – Artıq 200 min imza toplanıb

Dünya çempionatının finalı təkrar keçiriləcək? – Artıq 200 min imza toplanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərdə baş tutan DÇ-2022-nin finalında Argentina penaltilər seriyasında Fransanı məğlub edərək çempion oldu. 

Lakin final ətrafında söz-söhbətlər hələ də səngimir.

Offsideplus.az xəbər verir ki, fransızlar Argentinanın Messi ilə 3-cü qolundan əvvəl ehtiyat oyunçular skamyasında oturan argentinalı futbolçuların meydana daxil olduğunu əsas gətirərək qayda səhvinin olduğu bildirirlər. Qol vurulan anda Cənubi Amerika təmsilçisinin ehtiyat oyunçular skamyasından həyəcandan yerində dayana bilməyən iki futbolçunun meydana daxil olduğu görünüb.

Fransalılar Argentinanın vurduğu qol üçün qaydaları misal gətirərək qolun ləğv edilməsinin lazım olduğunu bildiriblər.

Bu məsələ ilə bağlı israrlı olan fransızlar final oyununun təkrar keçirilməsi üçün 200 min imza toplayıblar. Qayda səhvi iddiasını FİFA-ya çatdırmağa hazırlaşan Fransanın bu səyinin nə ilə nəticələnəcəyi maraqla gözlənilir.