Dünya

DÜNYA ŞOKDA! Putin bu yeraltı sığınacağı nə üçün düzəldir?

DÜNYA ŞOKDA! Putin bu yeraltı sığınacağı nə üçün düzəldir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya rəhbərliyi nüvə müharibəsi olacağı təqdirdə ölkənin şərqində yeraltı şəhər hazırlaya bilər. Martın 17-də həyata keçirilən hökumət reysləri bunu dolayısı ilə təsdiq edir.

Oxu24.com xəbər verir ki, Bunu “Obozrevatel” nəşrinə müsahibəsində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2005-2010-cu illərdə rəhbəri, ordu generalı Nikolay Malomuj deyib.

Onun sözlərinə görə, Putin çətin ki, “nüvə düyməsini” bassın, lakin o, Ukraynadakı müharibənin NATO ilə qlobal münaqişənin “detonatoruna” çevrilə biləcəyini anlayır.

Malomuzj bildirib ki, ruslar yeraltı qurğuların tam yoxlanışını və idarə sistemlərinin sınaqlarını həyata keçirirlər.

“Əgər həqiqətən belə uçuşlar olubsa, bu o deməkdir ki, bu obyektlər praktiki istifadəyə hazırlanır”, – ordu generalı vurğulayıb.

“Mən nüvə müharibəsinin olacağını düşünmürəm. Lakin Putinin bütün dünyanı uçurumun kənarında saxlayacağına heç bir şübhə yoxdur”, – deyə general yekunlaşdırıb.

Bundan əvvəl Sosial-İqtisadi Transformasiya İnstitutunun direktoru İlya Nesxodovski mənbələrə istinadən Putinin fiziki ləğv olunmaqdan qorxduğunu, buna görə də uzun müddətdir ki, Kremlə getmədiyini bildirib. Ukraynada müharibə başlayandan sonra o, xüsusi mühafizə olunan bunkerə köçüb.