Dünya

Dünyada bir ilk: Papa Fransisk trans qadınlara dəstək verdi

Dünyada bir ilk: Papa Fransisk trans qadınlara dəstək verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Katolik Kilisəsinin lideri Papa Fransisk Argentinada bir rahibənin çətin vəziyyətdə trans qadınlara yardım məqsədi ilə başlatdığı mənzil kompleksi layihəsini dəstəkləyib.

7times.az Moderator.az-a istinadla xəbər verir ki, Papa Fransisk bir məktubla Argentina mediasının “dünyanın ilk trans məhəlləsi” kimi adlandırdığı layihəyə dəstək olduğunu bildirib.

Neuken şəhərində bir monastır ərazisində trans qadınlara ev verən rahibəyə məktub yazan Papa Fransisk “Sən və qızların üçün dua edirəm” deyərək rahibənin başlatdığı layihəyə dəstək olduğunu söyləyib.

İtaliya mediasında yayılan xəbərlərə görə, çətin vəziyyətdəki trans qadınlar üçün başladılan mənzil layihəsi, Papa Fransiski Buenos Ayres şəhərinin baş yepiskopu olaraq çalışdığı zamandan bəri tanıyan rahibə Mónika Astorqa Kremona tərəfindən həyata keçirilib.

Sözügedən rahibə 40-70 yaşları arasındakı 12 trans qadını yaşayış yeri ilə təmin etmək məqsədi ilə monastıra aid bir ərazidə yaşayış kompleksi tikdirib.

Qeyd edək ki, Mónika Astorqa Kremona fahişəliyə məcbur edilən və iş tapmaqda çətinlik yaşayan trans qadınlara yardım edən “Carmelitas Descalzas” monastırında baş rahibə kimi çalışır.