Maraqlı

Dünyada ən uzun ildırım çaxması harada olub?

Dünyada ən uzun ildırım çaxması harada olub?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Metereologiya təşkilatı dünyanın ən uzun ildırımının çaxmasını qeydə aldığını açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qeydə alınan meqaildırım Texasdan Luizianaya qədər 768 kilometr məsafəni qət edib.Təşkilatın sözçüsü Randal Kervin qeyd edib ki, Şimali Amerikada ən uzun məsafəyə yayılan və Cənubi Amerikada isə ən çox davam edən ildırım qeydə alınmaqla yeni rekord təzələnib. Qeyd edək ki, ən çox davam edən ildırım 31 oktyabr 2018-ci ildə Cənubi Amerikada Uruqvay və Paraqvay ərazisində qeydə alınıb. Bu ildırım çaxması 17.102 saniyə davam edib.