Maraqlı

Dünyada ilk məməli 225 milyon il əvvəl yaşayıbmış – Alimlərin yeni tapıntısı

Dünyada ilk məməli 225 milyon il əvvəl yaşayıbmış – Alimlərin yeni tapıntısıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Journal of Anatomy” jurnalında sentyabrın 5-də dərc olunan məqaləyə qədər elm dünyası ilk məməlinin “Morqanukodon” adlı bir canlı olduğunu hesab edirdi. Bu canlının 205 milyon il əvvəl yaşadığı və siçanabənzər bədən quruluşuna sahib olduğu bilinirdi. 

Sfera.az xəbər verir ki, britaniyalı və braziliyalı alimlərin əldə etdikləri tapıntılar çox vacib bir kəşfə imkan yaradıb.

 

Alimlər Braziliyanın cənubunda yaşamış bir canlının daha qədim məməli olduğunu müəyyənləşdiriblər.Latınca adı “Brasilodon Quadrangularis” olan məməlinin 225 milyon il əvvəl yaşadığı aşkarlanıb. Bu məməli də siçanabənzər varlıq olub.