Aktual

Dünyanı yenidən vahimə basır: “Stels-Omikron” qapanmalara səbəb olacaq?

Dünyanı yenidən vahimə basır: “Stels-Omikron” qapanmalara səbəb olacaq?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər COVİD-19-la bağlı məlumatlar yenidən panikaya səbəb olub. Aprelin 5-nə olan məlumatda “Stels-Omikron” adlı ştamın hazırda dünyanın 109 ölkəsində aşkarlandığı, Çinin Şanxay şəhərində isə, buna görə çox sərt karantin tətbiq olunduğu, insanların hətta evdən çıxmasına qadağa qoyulduğu və şəhərə 38 min tibb işçisinin göndərildiyi bildirilir. Aprelin 7-də isə, ÜST elan etdi ki, pandemiya başlayandan bəri onun mutantları içərisində ən qorxulusu kimi dəyərləndirilən yeni, “XE” ştamı yayılmağa başlayıb.

Sfera.az-ın məlumatına görə, bununla bağlı tibb elmləri doktoru Musa Qəniyev deyib ki, “Stels-Omikron”, nə də “XE”mutantı yeni deyil:
“”Stels-Omikron” keçən il 11 noyabrda tapılan, 26 noyabrda ÜST tərəfindən təsdiqlənən “Omikron” ştamının nisbi genom fərqliliyi göstərən BA.1, BA.2 və BA.3 kimi 3 subvahidindən biri, yəni BA.2 ştamıdır. “Stels-Omikron”un təhlükəsiz olmasını, hələ bir neçə ay öncə bildirmişdim. Artıq, pandemiya ilə birgə “omikron”un  bu alt növü də, əbədiyyətə qovuşub. Ölünü isə diriltmək mümkün deyil”.
Professor qeyd edib ki, “XE” ştamı da yeni deyil və onu ilk dəfə bu il yanvar ayının 19-da Böyük Britaniyada aşkar ediblər:
“Ona yoluxma sayı cəmi 700 nəfər olub. Bu, koronavirus ştamlarının mutatik dəyişikliyinin nəticəsi kimi əmələ gələn və nisbi genom fərqliliyi göstərən XD, XF və XE kimi 3 oxşar və deltakron kimi hibrid, yəni “bədbəxt” mutantlardan biridir. XD və XL mutantların struktur əsası “Delta” və “Omikron” ştamının BA.1 alt növüdür. Hazırda təbliğ olunan “XE” mutantının struktur əsasını isə “Omikron”un BA.1 və BA2. alt növlərinin bir-birinə çarpaz bağlanması  təşkil edir. Yəni söylədiyim kimi, hibrid adlandırılacaq ştamlardan biridir. Hibrid ştamın isə virulentlik və letallıq əmsalı ana ştamdan dəfələrlə zəif olur. Onlar bir qayda olaraq pandemiyaların sonunda yaranırlar. Nə “Stels-Omikron”, nə də “XE” növlərinin, nəinki təhlükə, hətta narahatlıq törədəcək belə, gücü yoxdur”.