Maraqlı

Dünyanın ən böyük arenasında öküz döyüşü QADAĞAN EDİLDİ

Dünyanın ən böyük arenasında öküz döyüşü QADAĞAN EDİLDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksika məhkəməsi paytaxt Mexikoda öküz döyüşünü qadağan edib.

Sfera.az xəbər verir ki, dünyanın ən böyük korrida stadionu bu şəhərdə yerləşir. Stadion 50 000 tamaşaçı tutumuna malikdir.

Qərarla eyni zamanda buğaların şəhərə buraxılması da qadağan edilib (avqustun sonunda ispandilli ölkələrdə keçirilən mərasimdə onlarla heyvan küçələrə buraxılır. Bu ənənə təhlükəli olsa da, hər il on minlərlə turisti cəlb edir – red.)

Məhkəmə qərarı QHT-lərin iddiası əsasında çıxarılıb. Heyvan hüquqları təşkilatları öküzlərə əziyyət verildiyini əsas gətirərək yarışların ləğvini tələb ediblər. QHT-lər bu qərarı özləri üçün böyük uğur sayır.(Lent.az)