Rusiyanın mismar istehsal etməyib, onu xaricdən idxal etməsi şəxsən mənim üçün kəşfdir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
“Bu, mənim üçün bir növ kəşf oldu. Mismarı idxal edirik. Ölkənin adını çəkməyəcəyəm. Biz hətta bu qədər metalın buraxıldığı ölkədə mismar da istehsal etmirik. Kiçik və orta biznesi mismar istehsalına cəlb etməliyik”, – deyə o, Şuranın iclasında bildirib.
Follow @7timesaz