Maraqlı

Dünyanın ən məşhur sex-turistik nöqtələri

Dünyanın ən məşhur sex-turistik nöqtələribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən məşhur qadın sex-turistik nöqtələri. Biz yəqinki bu günki məqaləmizlə sizin üçün Amerika kəşf etməyəcəyik. Özünüz də yaxşı bilirsiniz ki, qadınlar üçün nəzərdə tutulmuş sex-turizm mövcutdur. Yəqinki yaşlı amerikalı və ya ingiltərəli qadınları şokolad kimi oğlanların əhatəsində az görməmisiniz. Bunlar ekzotik istirahət mərkəzlərində rastlanan adi hallardan biridir.

Lakin, adi halda bu sahənin əhatə dairəsini təsəvvür etmək çətindir. Uzanan sərhətlər gün keçdikcə bizlərə də yaxınlaşmaqdadır.

İlk başlanğıc dövürləri XX əsrin 60-cı illərinə təsadüf edir. Təxminlərə görə Karib dənizinin sahillərinə tez-tez istirahətə yollanan balzak yaşında kanadalı xanımlar yeni maraqlarını məhs burda formalaşdırmışlar. Onlar yerli gənc oğlanlarla turistik, qısa müddətli münasibətlər yaşamaqdan məmnun olmuş, onlara hədiyyələr almış, bəzən isə evlərinin maddi rifahı üçün müəyyən maddi yardımlar göstərmişlər. Bu halda xanımlar da yaranmış vəziyyəti rahat və məmnun qəbul edirdilər. Yəni, ehtiras və yaxınlıq sevgi əsnasında formalaşır, maddi yardımlar isə sadəcə yerli camaatın vəziyyətini yaxşılaşdırmağa və yardım etməyə yönəlir.

Tez zamanda Karib dənizinin sahillərində yaşayan oğlanların sorağı ABŞ-a belə gəlib çatır. Sonra isə, Avropanı maraqlandırır. Zamanla tələbatın çoxaldığını görən qadınlar rəqabətlə qarşılaşır və bəziləri digər torpaqları kəşf etmək üçün fərqli ünvanlara üz tutmağa başlayırlar.

Bu kimi yollarla pul qazanan oğlanlar müxtəlif yerlərdə fərqli cür adlandırılırlar. Hardasa “bichboys”, hardasa “jiqolo” və s. Lakin oğlanların özləri bu sənətə başqa ad verməyə çalışırlar: turizim sahəsinin işçiləri olaraq restoranlar, görməli yerlər və ümumiyyətlə şəhər üzrə bələdçi. Bəzi Asiya ölkələrində isə ümumiyyətlə müştəriləri ilə xoş və mehriban münasibətdə olan yoqa-məşqçi kimi özlərini adlandırırlar.

Yoxsul ölkələrin bir çoxunda imkanlı müştəri ilə ciddi romantik münasibətlər xöşbəxt lotareya bileti kimi qəbul olunur. Sonluq evliliklə yekunlaşarsa, bu artıq gecə yatıb, səhəri şahzadə kimi oyanmağa bənzəyir. Bu yolla oğlan bahalı həyata bir başa bilet qazanır, yoxsulluqdan və çətinliklərdən yaxa qurtarır. Lakin, bəziləri isə yalandan vədlər verir, evlilik təklif edir, sonradan isə borc istəyərək əlaqəni itirir.

Bu cür alfonsların əsas müştəriləri kimlər olur? Adətən aldanan xanımlar ya nisbətən yaşlı, ya da kifayət qədər ABŞ-dan, Böyük Britanyadan, Avstraliyadan olan kök qadınlar olur. Xanımlar kişi diqqətindən məhrum oluqlarından gözlənilməz münasibətlərdən başlarını itirirlər. Boyfriendlərinin ailə üzlərinin xəstəxanada olduqlarını eşidən kimi xanımlar heçnə düşünmədən bütün vəsaitlərini xərcləməyə hazır olurlar.

Bizim ölkəmiz bu turizmin sərhədlərinə daxil edilməsə də, bu heçdə Azərbaycanda da həvəsli insanların az olması mənasına gəlmir. Sadəcə bizimkilər kurort romanlarında adətən “hərə öz yerinə ödəməlidir” fikrinə daha çox önəm verirlər.

Sex-turistlərin adətən hansı nöqtələrdə cəmləşdiyini aşağıdakə xəritədən aydın görə və anlaya bilərsiniz.

Ölkələrin adları isə ola bilsin sizi müəyyən qədər təəcübləndirəcək. Misal olaraq, Türkiyə, Kuba, Yunanıstan, Tailand. Ümumiyyətlə Avropanın cənub hissəsi bizə nə qədər inkişaf etmiş görünsə də, əslində bahalı otellərin əhatəsində kifayət qədər pulla münasibətlərə üstünlük verən oğlanlar mövcutdur. Onlara evlilik lazım olmasa da, bir gecəyə bir neçə yüz avro qazanmaq istəyi olduqca cəlbedici görünür.

Xəritədə sarı rənglə işarələnən ərazilər turistlərin axın etdiyi ərazilərdir: Avstraliya, Avstriya, Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, Niderland, Yaponiya, Yeni Zellandiya, Norveç, İsveç, Böyük Britanya, ABŞ.
Qırmızı rənglə işarələnən ərazilər xanımları gözləyən oğlanların məskənidir: Albaniya, Kambodca, Karib, Kosta-Rika, Xorvatiya, Kuba, Dominik Respublikası, Ekvador, Yunanıstan, Qaiti, İndoneziya, İtaliya, Yamayka, Kenya, Maroko, Filippin, Portuqaliya, İspaniya, Tanzaniya, Tailand, Tobaqo, Türkiyə, Vyetnam.

TopMister