Maraqlı

Dünyanın ən uzun və ən dinc müharibəsi – FOTO

Dünyanın ən uzun və ən dinc müharibəsi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müddət tarixdə haqqında ümumiyyətlə fakt olmayan, yalnız 1981-ci ildə yerli tarixçilərdən biri tərəfindən aparılan arxiv araşdırması zamanı məlum olan müharibə İspaniyanın Hueskar bələdiyyəsi və Danimarka arasında olub.

7Times.az  bu dəfə dünyanın ən uzun və ən dinc müharibəsi haqqında məlumat verir.

Pireney müharibələri zamanı Napaleon imperiyasının Portuqaliya, İspaniya və İngiltərəyə qarşı apardığı müharibə zamanı İspaniyanın kiçik bələdiyyəsi Hueskar Danimarkaya müharibə elan edib. Səbəb isə Danimarkanın fransızları dəstəkləməsi olub.

Aralarında faktiki olaraq heç bir düşmənçilik olmayan, lakin müharibə şəraitində yaşayan Hueskar bələdiyyəsi və Danimarka nümayəndəsi sülh müqaviləsi imzalamağa məcbur olublar.

1981-ci il təsadüfi arxiv araşdırması ilə üzə çıxan müharibə nəhayət həmin il 11 noyabrda Hueskar meri və Danimarka səfiri arasında imzalanan sülh müqaviləsi ilə sona yetir.Sfera.az