ABŞ-ın pərakəndə satış nəhəngi “Walmart” bu il ikinci dəfə gəlirlilik proqnozunu aşağı saldığına görə şirkətin sahibi olan Uolton ailəsinin sərvəti 11,4 milyard dollar azalıb.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ-ın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Walmart” inflyasiyanın artması səbəbindən səhm başına gəlirliliyin 13 faiz azalacağını proqnozlaşdırmışdı. Arkanzasda yerləşən şirkətin səhmləri bu açıqlamadan sonra Nyu-Yorkda birjasında 7,6 faiz ucuzlaşıb.
“Walmart”ın qurucusu Sam Uoltondur. Uoltonun üç övladı Alice, Cim və Rob şirkətin yarısına sahibdirlər. Bloomberg Milyarderlər İndeksinə görə onların sərvəti ilin əvvəlindən 11 faiz azalaraq 199,3 milyard dollara düşüb.
Follow @7timesaz