Araşdırma

Düşmən ölkənin paytaxtını bombalamaq… – Bu taktikadan istifadə edənlər uğur qazanıbmı?

Düşmən ölkənin paytaxtını bombalamaq… – Bu taktikadan istifadə edənlər uğur qazanıbmı?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük şəhərlərə, xüsusən də paytaxtlara raket və hava zərbələri endirmək İkinci Dünya Müharibəsindən bəri münaqişlərdə tez-tez istifadə edilən taktikalardan olub. Məqsəd isə demək olar ki, hər dəfə eyni idi: hədəfə alınan ölkənin liderlərini geri çəkilməyə, sülhə məcbur etmək.

Krımı Rusiya ilə birləşdirən Kerç körpüsünün partladılmasından sonra Moskva da başda paytaxt Kiyev olmaqla, Ukraynanın bir çox şəhərlərinə intensiv raket zərbələri endirib.

Maraqlıdır, hansı ölkələr bu taktikadan istifadə edib və onlar bu yolla uğur əldə edibmi?

7Times.az  “Hurriyet”ə istinadən bildirir ki, nasist Almaniyası İkinci Dünya Müharibəsində Londonu bombaladıqdan sonra bütün böyük müharibələrdə şəhərlərə uzaqmənzilli raketlər və döyüş təyyarələri ilə hücumlar edilib. Lakin 1940-cı illərin əvvəlindən bu günə qədər olan 80 illik dövrdə bu taktikanın uğurlu olmasını təsdiqləyən nümunələrə çox rast gəlinməyib. Əksinə, paytaxt şəhərlərə hücumlar əks effekt verib. Bu, hücuma məruz qalan ölkələrin liderlərinin və vətəndaşlarının müharibəyə olan əzmini gücləndiribTəbii ki, istisnalar da var – İkinci Dünya Müharibəsini qələbə ilə başa vuran müttəfiqlər şəhəri bombardman etmək strategiyasını israrla tətbiq ediblər. Məhz bundan sonra bombardmanlar çox geniş vüsət alıb.

 

Asiya, Avropa, Yaxın Şərqdə oxşar strategiya…

Eyni taktika sonralar Vyetnamda da sınaqdan keçirilib. Lakin ABŞ Müdafiə Nazirliyi Şimali Vyetnamın paytaxtı Hanoyu vurmağın böyük səhv olduğu qənaətinə gəlib. 1980-ci illərdə İran-İraq müharibəsi çərçivəsində hər iki ölkə düşmən paytaxtını hədəf alan hücumlar həyata keçirib. Məqsəd qarşı tərəfi geri çəkilməyə məcbur etmək idi -amma yenə əks nəticə alınıb. Mülki əhalinin məskunlaşdığı ərazilərə düşən bombalar hər iki ölkə vətəndaşlarının müharibəyə dəstəyini artırmağa, müharibəni 8 illik bir müddətə qədər uzatmağa və uğursuzluğa sürükləyib. Yaxud Şimali İrlandiya qruplarının Londondakı hücumları İngiltərənin geri çəkilməsini hədəflədiyi halda, əksinə, İngiltərə hakimiyyətinin bölgədəki nəzarətini artırmasına səbəb olub. 2000-ci illərdə İsrail şəhərlərində fələstinli qrupların hücumları da oxşar nəticələr verib.

 

Hədəfdəki liderlərin “qisas ruhu”….

Tarixçilər düşünür ki, paytaxta yönələn hücumlar hökumətləri güzəştə getməyə və ya geri çəkilməyə məcbur etmək məqsədi daşısa da, praktikada bu, tamamilə fiaskoya uğrayır. Çünki hədəfə alınan liderlər bu hücumları özləri və hökumətləri üçün daha böyük təhlükə kimi qəbul edir, bunu tam aradan qaldırıb qələbə qazanana qədər mübarizə aparırlar. Onlar geri çəkilmək əvəzinə, dozanı artırırlar. Üstəlik, sülh danışıqlarının aparılması imkanları da zəifləyir. Hədəf edilən ölkənin lideri masa arxasına oturmaq istəmir. Çünki hesab edir ki, bu, paytaxt üçün davam edən təhlükəni qəbul etmək deməkdir.

Almaniyanın İkinci Dünya Müharibəsi əsnasında Britaniya şəhərlərinə həyata keçirdiyi raketlər və hava hücumları müharibəyə ictimai dəstəyi sarsıtmaq və İngiltərənin istehsalat maşınlarına zərər vermək məqsədi daşıyıb. Beləliklə, İngiltərənin müharibədən çıxmağa razı olacağına dair hesablamalar aparılıb. Lakin əvəzində, İngiltərə ictimaiyyətinin Almaniya ilə sülh danışıqlarına dəstəyi azalıb, eyni zamanda London hökumətinə müharibəni davam etdirmək üçün təzyiqlər əhəmiyyətli dərəcədə artıb.

Fəlakətlə nəticələnən taktika..

Vaşinqton İkinci Dünya Müharibəsində Almaniya və Yaponiya şəhərlərini yerlə-yeksan etməklə əldə etdiyi qələbəni təkrarlamaq istəsə də, bu, baş tutmayıb. Xüsusən də Koreya və Vyetnam müharibələrindəki hadisələri xatırlamağa dəyər. Əllərindəki şəhər və qəsəbələri bombalayaraq kommunistləri qorxutmağı qarşısına məqsəd qoyan ABŞ həm bu hökumətlərin, həm də orada yaşayan xalqların nifrətini qazanıb. “Nəyin bahasına olursa-olsun, amerikalıları məğlub edəcəyik” fikri geniş vüsət alıb.

Hazırda Ukrayna şəhərlərində yaşayan bir çox mülki şəxs də dünya mətbuatına verdiyi müsahibələrdə oxşar hisləri dilə gətirirlər. Məsələn, “Vaşinqton Post” qəzetinə danışan Kiyev sakinləri qarşıdakı ayların daha çətin olmasına hazır olduqlarını və mübarizə aparmağa qərarlı olduqlarını bildiriblər. Digər tərəfdən, şəhərə hücumların uğur qazanma ehtimalının çox aşağı olması bəzi analitiklərdə belə bir sual yaradıb: Rusiya prezidenti Vladimir Putinin məqsədi müharibənin gedişindən narazı olan siyasətçiləri susdurmaqdırmı?

Mütəxəssislər düşünür ki, tarixin təkrarlandığı nəzərə alınarsa, müharibənin gedişindən razı olmayanların etirazları bombardmanlardan sonra daha da arta bilər.