Cəmiyyət

Düşmənin bir neçə canlı qüvvəsini, zirehli texnikasını məhv edən qazimiz – FOTO

Düşmənin bir neçə canlı qüvvəsini, zirehli texnikasını məhv edən qazimiz – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi qulluqçusu (MAXE) əsgər Bədəlov Camal Mahir oğlu, 20 iyul 1998-ci ildə Xaçmaz rayonunun Yergüc kəndində doğulub.

7times.az xəbər verir ki, əsgər Camal Bədəlov döyüşlər başlayan ilk gündən; Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də Xocavənd rayonunun ”Hadrut ” qəsəbəsi uğrunda gedən ən ağır döyüşlərdə çanaq nahiyyəsindən snayper gülləsindən, bel nahiyyəsindən isə iki minamyot qəlpəsindən yaralanıb. Əsgər Bədəlov Camal düşmənin bir neçə canlı qüvvəsini, zirehli texnikasını məhv edib.

Qazi əsgər bildirib ki, tam sağaldıqdan sonra xidmət etdiyi, Füzuli rayonunun “N” saylı hərbi hissəsinə dönərək hərbi (MAXE) xidmətini davam etdirəcək.