“Uşağlıqdan öz istiqamətimi özüm seçmişəm. Təbii ki, Allahın istəyi ilə elə bil ki, alnıma yazını yazırdım. Uşaq olanda deyirdim ki, “indi isə çıxış edir xalq artisti Təranə Muradova”. İllər sonra “əməkdar artist” fəxri adını almamış “xalq artisti” fəxri adına layiq görüldüm. Demək ki, bunlar olmalı idi, demək ki, mən bu sənətə gəlib, uğur qazanmalı idim”.
7Times.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Təranə Muradova deyib. O daha sonra əlavə edib.
“Həyatda qətiyyən kiməsə kin saxlamıram. O dəqiqə həmin pisliyi unuduram. Hətta mənə deyirdilər ki, “sənə o qədər pislik edib, necə onu unuda bilərsən?”. Elə insan var ki, münasibətim yoxdur, ona kin saxlamıram, sadəcə olaraq onu mən görmürəm. Ona dünyada pislik etmərəm, onu silirəm” deyə rəqqasə bildirib.
Xalq artisti sənətə görə vaxtilə həyat yoldaşını aldatdığını da etiraf edib.
“Həyat yoldaşımla ailə həyatı quranda demişdi ki, səhnəni atmalısan. Deyirdi ki, evdə yeməyi, ev işlərini görməyi çatdırmasan sən sənəti atacaqsan. Onu aldadırdım, Filarmoniya ilə üzbəüz restoran var idi. O axşam gəlirdi işdən. Qaçıb restorandan bütün yeməkləri alırdım. Düz bir il yarım onu aldatdım. O da buna inanırdı. Dedim ki, qoy birinci uşağımız dünyaya gəlsin, sonra səhnəni atacam. Övladımız doğulanda yoldaşım dedi ki, daha anasan, bu sənəti at, nəyinə lazımdır bu sənət? Dedim ki, and içirəm, 2-ci övladımız da doğulsun, mən bu sənətlələ vidalaşacam. 2-ci uşaq da olandan sonra dedi ki, sən onlara tərbiyyə verməlisən, evdə oturmalısan. Dedim ki, mən səhnəni atmayacam, istəyirsənsə boşan” deyə bildirib.