Dadlı yeməklər bişirmək üçün mətbəxin ən vacib tərkib hissəsi duzdur. Yeməkləri uzun müddət saxlamaq üçün də istifadə oluna bilər və bu baxımdan mətbəxlər üçün əvəzolunmazdır.
7Times.az xəbər verir ki, Harvard Universitetinin araşdırmasına görə, çox duz istehlak etmək müxtəlif sağlamlıq risklərinə səbəb ola bilər. Bu səbəbdən duzu hər şeydə olduğu kimi sağlam miqdarda istifadə etmək mütləqdir.
Beləliklə, duzu kəsdiyiniz zaman bədəninizdə hansı dəyişikliklər baş verəcək?
Mütəxəssislər bildirib ki, orqanizmdən duzu tamamilə çıxartmaq olmaz. Əksinə, onu az, miqdarında istifadə etmək lazımdır. İstehlak edilən duzun miqdarı hipertoniya ilə sıx bağlıdır. Çünki həddən artıq duz orqanizminizə daha çox su saxlayacaq. Nəticədə, bu, qan dövranı sisteminə əhəmiyyətli şəkildə təzyiq göstərəcək, qan təzyiqini artıracaq. Duzdan az istifadə etsəniz, qan təzyiqiniz azalacaq.
Əgər az duz qəbul etsəniz, təzyiqiniz aşağı düşəcək. Duz bədəninizin digər orqanlarına ciddi ziyan vura bilər və çox miqdarda duzdan böyrəklər ən çox təsirlənir. Çox duz istifadəsi böyrək daşı yaradır. Buna görə də duzdan qaçınmaq böyrəklər üçün də son dərəcə faydalıdır.
Menstrual dövrünüzün müəyyən vaxtlarında və ya yeməkdən sonra şişkinlik hiss edirsiniz? Yoxsa bədəniniz çox maye saxladığı üçün əlləriniz şişir? Bunun səbəbi də duzdur. Buna görə də aylıq tsikl ərəfəsində duz istifadəsini azaldın. Duz eyni zamanda enerjinizi aşağı salır.
Duzdan imtina etsəniz, bir müddət sonra yeməklərin orijinal dadını hiss edəcəksiniz. Duz ürək xəstəlikləri və iflic riskini çoxaldır. Baş ağrısını çoxaldır.
Gündəlik duz istifadəsini 1200 milliqrama endirmək ürək xəstəlikləri riskini azaldır. 1500 milliqrama endirmək isə şişkinlikləri azaldacaq.
Axşam.az
Follow @7timesaz