Dünya

Əfqanıstanlı komandir Azərbaycandan sığınacaq istədi

Əfqanıstanlı komandir Azərbaycandan sığınacaq istədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bir çox insanlar ölkədən qaçmağa çalışır. Azərbaycan mənə sığınacaq verərsə, ora gələcəm, mən niyə başqa ölkəyə gedim ki? Düşünürəm ki, orada qalıb yaşaya və işləyə bilərəm”.
Bu sözləri lent.az-a açıqlamasında Əfqanıstan xüsusi təyinatlılarının sabiq komandir müavini Hacı Abdul Barı deyib.
O qeyd edib ki, köhnə hökumətdə təmsil olunan əksər məmurlar hazırda ölkəni tərk edir:
“Mən Əfqanıstanda 20 il yüksək vəzifələrdə işləmişəm. Son hadisələrə qədər isə ağır cinayətlər üzrə xüsusi təyinatlıların komandir müavini olmuşam. “Taliban”ın hakimiyyətə gəldiyini görüb bir çox məmurlar kimi mən də Əfqanıstanı tərk etmək məcburiyyətində qaldım. Niyyətim Azərbaycana getmək idi. Lakin bunun üçün müvafiq sənədləşmə və razılıq olmalıdır. Hazırda Tacikistandayam. Burada lazımi sənədləri toplayıb Azərbaycanın Tacikistandakı səfirliyinə təqdim etmişəm. Hazırda Azərbaycandan cavab gözləyirəm”.
Hacı Abdul Barı Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsini ölkənin faciəsi adlandırıb: “Taliban” hakimiyətə gəlibsə bu Əfqanıstanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. İndiki “Taliban”la keçmiş “Taliban” arasında heç bir fərq yoxdur. Ötən 20 il ərzində onlarda heç nə dəyişməyib. Onlar sadəcə dünyanın etimadını qazanmaq istəyirlər”.
Sabiq məmur onu da qeyd edib ki, “Taliban” yalan danışır: “Onlar deyir ki, guya köhnə hökumətdə təmsil olunanlara dəyməyəcəklər. Hətta bizə bəraət verəcəklərini və birgə işləyə biləcəyimizi deyirlər. Yalan danışırlar, səmimi deyillər. Məndə olan məlumatlara görə, onlar artıq sabiq məmurların axtarışına çıxıblar”.