“RM Sotheby’s” hərrac evi Ferrari həvəskarlarının marağına səbəb olacaq bir lot təqdim edib.
Belə ki, hərrac evi 1955-ci ilin “Ferrari 410 Sport Spider” avtomobilini satışa çıxarıb.
Bu klassik yarış avtomobilini vaxtilə əfsanəvi pilotlar – Xuan Manuel Fanxio və Kerroll Şelbi idarə edib. “Scaglietti” atelyesinin kuzovu ilə təchiz edilmiş idman avtomobili 1956-cı il Dünya İdman Avtomobilləri Çempionatında yarışıb. O, istənilən müştərini maraqlandıran qürurlu tarixə malikdir.
“Ferrari 410 Sport Spider”in kapotu altında 400 at gücünə malik 5 litrlik atmosfer V12 mühərriki çalışır.
oxu.az