Bu gün imzalanan əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında AXCP üzvləri də var.
7times.az-ın verdiyi xəbərə görə, onlar Orxan Baxışlı, Elçin İsmayıllı, Məhəmməd İmanlı və Babək Həsənovdur.
Orxan Baxışlı Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma” maddəsi ilə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Məhəmməd İmanlı isə Cinayət Məcəlləsinin 139-1.1 (karantin rejiminin pozulması -xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsilə təqsirli bilinərək 1 il azadlıqdan məhrum edilib.
Babək Həsənov Gədəbəy rayonunun keçmiş icra başçısı, AXC fəallarından olan Saleh Rüstəmlinin Rusiyadan qardaşı oğlu Vidadi Rüstəmli vasitəsilə göndərdiyi pulu partiyaya və onun sədri Əli Kərimliyə çatdırmaqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.
AXCP-nin digər üzvü Elçin İsmayıllı isə İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham edilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Follow @7timesaz