Cəmiyyət

Əfv sərəncamının imzalanacağı tarix AÇIQLANDI

Əfv sərəncamının imzalanacağı tarix AÇIQLANDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Prezident Yanında Əfv Məsələləri Komissiyası özünün son iclasını keçirəcək.

7times.az xəbər verir ki, bu barədə komissiyadan bildirilib.

Məlumata görə, iclasda müraciətlərə baxılacaq və yekun siyahı ölkə başçısına göndəriləcək.

Təxminən 1500 nəfərə yaxın müraciətə baxan komissiya üzvləri onların əksəriyyətinə müsbət cavab verib.

Məlumatda o da qeyd olunur ki, martın 18-də Prezident tərəfindən əfv sərəncamı imzalancaq.

Siyasi məhbuslardan kimin siyahıya daxil olmasına gəlincə, bildirilib ki, bu kateqoriyadan olan şəxslərin adı əfv imzalanan günü müəyyən olunduğundan komissiya üzvləri bu barədə məlumatsızdır./gununsesi.info/