Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Ol (Əjdər Cəbiyev) daha bir vəzifəsini itirib.
7times.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, o, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbiyyat Fondunun direktoru vəzifəsindən azad edilib.
Xəbəri Azərbaycan Yazıçılar Birliyindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Əjdər Ol fevral ayında Səlim Müslümovun həbs edilməsindən sonra saxlanılmışdı. O, Səlim Müslümovla uzun müddət birgə işləyib və onun yaxın adamlarından biri kimi tanınıb.
Follow @7timesaz