Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev vəfat edib.
7times.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev verib.
Bildirib ki, Xalq artisti müalicə aldığı özəl xəstəxanada həyatını itirib.
Qeyd edək ki, 80 yaşlı E.Quliyev bir müddət əvvəl insult keçirmişdi.
E. Quliyev 18 yanvar, 1941-ci ildə Bakıda anadan olub.O, 1967-ci ildən bu yana “Azərbaycanfilm” kinostudiyasında işləyib.
Kifayət qədər tanınmış bədii və sənədli filmin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.
Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülmüşdür. “Debüt” studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professor olub.
Eldar Quliyev 1987-ci ildən “Debüt” Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi fəaliyyət göstərib.
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan Eldar Quliyev Gildiya yaradılan gündən vəfat edənədək qurumun prezidentidir.
Bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.
Follow @7timesaz