Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Milli Məclisin deputatı Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov “Unikal”a açıqlamasında E.Səlimovun deputat səlahiyyətlərini itirdiyini bildirib:
“Milli Məclisin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Azərbaycan Respublikasının 89-cu maddəsinin tələbinə uyğun olaraq deputat mandatından məhrum edilir və deputatlıq səlahiyyətlərini itirir”.
Follow @7timesaz