Ölkə

Elə yazırlar ki, sanki bitdi” – NAMİQ QARAÇUXURLU

“Elə yazırlar ki, sanki bitdi” – NAMİQ QARAÇUXURLUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən səhər saat 5 radələrində tanınmış meyxanaçı Rəşad Dağlının (1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu) qonşusu, 43 yaşlı İskəndər Mehdiyevi bıçaqlayaraq öldürməsi hadisəsi ötən gündən geniş müzakirə olunur. 

Məsələylə bağlı söz ustadlarının da fikirlərini öyrənmək qərarına gəldik. Meyxanaçı, müğənni Namiq Qaraçuxurlu 7times.az-a baş vermiş hadisə ilə bağlı fikirlərini bölüşüb:

“”Son vaxtlar daha yaxın idik. Deyirdik, görüşək, qismət olmadı. Qarşı tərəfin yaxınlarına səbr diləyirəm. Ələkbər Yasamallıının bibisi oğlu kimi tanıyıram. Elə yazırlar ki, sanki bitdi. Rəşad yaşayacaq. Bəzi hallara pozitiv yanaşaq. Məşədi baba da zindan həyatı yaşayıb. Dünyasını dəyişəndən sonra bizə qalan əsərləri oldu. Ümid edirəm ki, Rəşadın günahsız olduğu üzə çıxar, azadlığa çıxar. Ümid sonda ölür. Rəşad orada da yazacaq, sənət xiridarlarını söz baxımından ac qoymayacaq, bayrağı daim əlində saxlayacaq. Sənət adamlarını qorumaq lazımdır. Onları məişət səviyyəsinə endirmək lazım deyil: niyə bunu oxudu, niyə belə geyindi. Allah qapısını açsın”.

7Times.az