Övladının xəstə olduğunu deyən qadın aparıcını pul almaqda ittiham edib.
7times.az xəbər verir ki, Unikal.org-un məlumatına görə, qadın iddia edir ki, aparıcılar Elgiz Əkbər onun efirə çıxa bilməsi üçün 3 min manat tələb edib. O həmin məbləği ödəyə bilmədiyi üçün Elgiz Əkbərin verilişinə qəbul etmədiyini, Zaur Baxışəlivlə isə görüşə bilmədiyi dilə gətirib.
O övladının sağlamlığına qovuşması üçün həyat yoldaşı ilə birlikdə orqanlarını satmağa hazır olduğunu da vurğulayır.
Uşağının əməliyyat olunması üçün 200 min avroya ehtiyac olduğunu söyləyib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Follow @7timesaz