Manşet

Əli Əsədov karantində qızına toy edib?

TƏKZİB

Əli Əsədov karantində qızına toy edib?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi mühacir Qənimət Zahidin rəhbərlik etdiyi müxalifət resursu “Azərbaycan saatı” Baş nazir Əli Əsədovun qızının bu günlərdə toyunun olması barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Baş nazirin qızının toyu Nazirlər Kabinetinin karantin dövründə toy mərasimlərinin keçirilməsinin qadağan olunması qərarına baxmayaraq edilib. Müxalifət resursu iddia edir ki, qızının toyunu təşkil etməklə Əli Əsədov öz qərarını pozub.

Bundan əlavə, toy mərasiminin guya son vaxtlara qədər Əli Əsədova məxsus olan və Zagulba kəndində yerləşən dəbdəbəli “Sapfir” otelində keçirildiyi bildirilir.

7times.az virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumat həqiqətə uyğun deyil. Virtualaz.org Əli Əsədovun ailəsindəki mənbəyə istinadən onu da bildirir ki, onun qızının toyu 7 mart 2020 tarixinə təyin olunub. Lakin pandemiya və karantin rejiminin tətbiq olunmasından sonra Baş nazir Əli Əsədovun özü, ölkədə ilk olaraq qızının planlaşdırılan toyunu ləğv edib.