İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası təsdiq edilib.
7times.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərarla təsdiq edilmiş Qaydaya uyğun “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin siyahısını və tariflərini yenidən hesablayaraq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu Qərar 2022-ci il 1 iyun tarixindən qüvvəyə minir.
Follow @7timesaz