Nazirlər Kabineti infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Qaydasını təsdiq edib.
7times.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, qərar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Prezidentin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb və infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması ilə əlaqədar məsələləri tənzimləyir.
Qeyd edək ki, ağlabatan uyğunlaşdırma əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquq və azadlıqlarının digərləri ilə bərabər səviyyədə reallaşdırılması, əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması üçün zəruri və mümkün uyğunlaşmaların və düzəlişlərin edilməsidir.
Bu baxımdan Qərarda infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması qaydası müəyyən edilib.
Həmçinin Qərarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların tabeliklərində olan yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət, məişət və digər sosial infrastruktur obyektlərini əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırlması barədə müddəalar əks olunub.
Follow @7timesaz