Maraqlı

“Əlini çək, “kurtka”m səndən bahadır” – Paşinyana qarşı OLİQARX PLANI

“Əlini çək, “kurtka”m səndən bahadır” – Paşinyana qarşı OLİQARX PLANIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda hazırda davam edən nümayişlər iki məsələ ilə fərqlənir”.

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

O bildirib ki, Sarkisyan da, Köçəryan da Paşinyanı əvəz etməyin risk olduğunu anlayırlar:

“Bu iki məsələdən birincisi, Ermənistanın bəzi politoloqlarının çıxışlarını izlədim. Orada çox maraqlı mənzərə var. Deyirlər ki, mitinqlərə yığılanların böyük əksəriyyəti müxalifətin əvvəlki mitinqlərinə gələnlərdən çox fərqlənirlər. İlk növbədə sosial təbəqə: polis gəlir bu etirazçıdan tutur ki, aparsın, həmin şəxs polisə qışqırır ki, “əlini çək, əynimdəki “kurtka” səndən bahadır”. Və müşahidələr göstərir ki, bu etiraz aksiyalarında iştirak edənlər köhnə, vaxtı ilə hakimiyyətdə olan oliqarxların, iş adamlarının ailə üzvləridir. Kifayət qədər bahalı-bahalı maşınlarla gəlib, mitinqdə iştirak edənlər var.

İkinci məsələ – Serj Sarkisyanın dediyi məsələ: Məsələ orasındadır ki, hazırda Ermənistanda hakimiyyətə hər hansı bir qüvvə gəlir gəlsin, o, nə yeni ordu yarada biləcək, nə də güc balansını, regionda ümumi geosiyasi konteksti dəyişə biləcək. Buna obyektiv zəmin yoxdur. Ermənistanda Paşinyanı kim əvəz edir etsin, bu, vəziyyətdən çıxmağa yardımçı ola bilməz.

Serj Sarkisyanla, Robert Köçəryan bunu əla başa düşürlər və buna görə də hazırda Ermənistan müxalifətinin qarşısında duran əsas problem lidersizlik problemidir. Bu, bir az paradoksal səslənə bilər. Çünki bir tərəfdən Köçəryan, Sarkisyan kimi insanlar var, hansı ki, liderlik təcrübəsi var və iddiaları da ola bilər. Amma məsələ orasındadır ki, bunlar özləri çox yaxşı başa düşürlər ki, hakimiyyətə gəldikləri təqdirdə heç bir şeyi dəyişə bilməyəcəklər. Buna görə də onlar şəxsən fiziki olaraq Sarkisyanın, Köçəryanın və yaxud da Artur Vanetsyanın özləri Paşinyanı devirib yeni hakimiyyətin başında durmaq istəmirlər, riskləri anlayırlar.

Bütün deyilənləri nəzərə alaraq və hazırkı müxalifətin, yəni köhnə rejimin hansı xarici qüvvə ilə bağlı olduğunu nəzərə alaraq bütün qlobal konteks (Rusiya-Ukrayna müharibəsi) fonunda məndə elə təəssürat yaranır ki, Ermənistanda baş verən hadisələr hakimiyyətin dəyişməsi deyil, Azərbaycanla hərtərəfli uzunmüddətli sazişinin imzalanmasının yubadılması güdülür və bu, kimin marağına qulluq edir, aydındır.

Bu, nəyə görədir? Ona görədir ki, 9 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanın əsas vasitəçi tərəfi Moskva idi. Onun da başı hazırda qarışıqdır və bu sülh sazişinin əldə olunması indiki şəraitdə heç Moskvanın maraqlarına uyğun deyil”.

Qeyd edək ki, “Qarabağ klanı”nın əsas üzvlərindən olan Serj Sarkisyan İrəvvandakı mitinqlərdə iştirakı zamanı “Paşinyanı devirək, sonra Şuşa məsələsinə baxacağıq” fikirləri ilə diqqət mərkəzinə düşüb.