Ölkə

Əliyev “TOGG”-un sifarişini verən ilk dövlət başçısı oldu

Əliyev “TOGG”-un sifarişini verən ilk dövlət başçısı oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək TOGG avtomobilinin sifarişini verib”.  Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən AK Partiya Mərkəzi İdarə Heyətinin (MYK) toplantısında məlumat verilib.

7Times.az  Türkiyə mediasına istinadən xəbər verir ki, iclasda Türkiyənin ilk elektriklə işləyən avtomobili – TOGG fabrikinin açılması məsələsi yenidən müzakirə olunub. İclasda həmçinin Azərbaycan prezidenti İlham Əliyevin də TOGG sifariş verməsi haqda bilgi verilib və alqışlanıb.

Prezident Ərdoğan TOGG-un satışında bürokratiyaya və siyasət dünyasına üstünlük verilməməsi lazım olduğunu ifadə edərək, “prioritet millətdir” deyib.

Digər tərəfdən Ərdoğanın uşaqlara hədiyyə olaraq payladığı oyuncaq maşınlar bundan sonra TOGG formatında olacaq./Turustan.az