Ölkə

Əliyevdən göstəriş: 9 partiyanın ofisinin qarşısı abadlaşdırılır

Əliyevdən göstəriş: 9 partiyanın ofisinin qarşısı abadlaşdırılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır.

7times.az xəbər verir ki, bu barədə siyasi partiyalardan məlumat daxil olub.

Məlumata əsasən, qeyd edilən ünvanda aparılan abadlıq işləri partiya rəhbərlərinin ölkə başçısına ünvanladığı müraciətdən sonra, Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilir.

Qeyd olunub ki, artıq dünəndən etibarən abadlıq işlərinə start verilib. Ərazidə yaşıllıq sahəsi salınır, təmizlik işləri aparılır.