Sosial

Elmar Vəliyev tibbi ekspertizadan keçiriləcək

Elmar Vəliyev tibbi ekspertizadan keçiriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin məhkəmə prosesi keçirilib.

7times.az xəbər verir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə  təqsirləndirilən şəxslərdən Cəfər Zalovun vəkili İlqar Rüstəmov vəsatət verərək məhkəmə istintaqının təzələnməsini istəyib.

O bildirib ki, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, ətraflı dindirilməyib: “Yalnız bir dəfə ilkin ifadəsi alınıb, onda da “yadımda deyil, sonra danışaram” deyib. Sonra da səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Amma onun psixoloji vəziyyətinin müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməyib”.

Digər vəkillər və təqsirləndirilən şəxslər də bu vəsatəti müdafiə edib. Pokurorlar da vəsatətə etiraz etməyib.

Müşavirədən sonra elan edilən qərara görə, Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəmə istintaqı təzələnib.  Elmar Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onun tibbi ekspertizadan keçirilməsinə qərar verilib.

Ekspertizanın nəticəsi bəlli olana qədər məhkəmə prosesi təxirə salınıb.

Qeyd edək ki, əvvəlki proseslərin birində dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Yunis Səfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Digər təqsirləndirilən şəxslərə isə 15-20 il arası azadlıqdan məhrum etmə cəzası təyin edilməsini təklif edib.