Maqazin

Elnarə Abdullayeva: “Mən o mahnını oxuyanda “Makaron” Bakıda çörək yeyirdi…” – VİDEO

Elnarə Abdullayeva: “Mən o mahnını oxuyanda “Makaron” Bakıda çörək yeyirdi…” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Elnarə Abdullayevanın 2022-ci ildə ARB-də yayımlanan “Tam vaxtıdır” verilişində səsləndirdiyi məşhur fransız sənətçi Edit Piafın “La Vie En Rose” mahnısı sosial şəbəkələrdə yenidən gündəmə gətirilib. Tənqid atəşinə tuş gələn müğənniyə xalq mahnıları və muğam ifa etməyə davam etməsi tövsiyə olunub. Məsələni Fransa-Azərbaycan münasibətlərinə qədər aparanlar da olub… 

 

E.Abdullayeva Pravda.az-a açıqlamasında haqqında səsləndirilənləri yumorla qarşılayıb: “Mən daha nə deyim, bəyənən bəyənib, bəyənməyən bəyənməyib. Musiqi siyasətə qoşulmamalıdır. Nahaq qoşurlar… Özü də mən o mahnını ara qarışandan bəri heç oxumamışam, təzə ifa deyil, çoxdan oxumuşam. Fransa Prezidentinin adını da unutdum, hə, onda “Makaron” oturub Bakıda çörək yeyirdi. Mən nə bilim?”

Əməkdar artist repertuarında yeni xarici mahnıların olub-olmayacağı barədə suala isə gülərək belə cavab verib: “Vallah, ola bilər. Özü də çox ola bilər. Mahnıdır də, oxu getsin…”