Ölkə

Elnur Rzayev Qımılqışlaq kəndində sakinlərlə görüş keçirib – FOTOLAR

Elnur Rzayev Qımılqışlaq kəndində sakinlərlə görüş keçirib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov və idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Qımılqışlaq kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda Qımılqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qımılqışlaq, Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Qadaşoba, Ağarəhimoba, Şıxlar və Hacıisaoba kəndlərinin sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə sakinləri təbrik edərək onlara xoş arzularını çatdırıb.
Vətəndaşlarla səmimi dialoq şəraitində keçirilən belə görüşlərin əhali ilə birbaşa əlaqənin möhkəmləndirilməsi, problemlərin operativ həlli və dövlət siyasətinin yerlərdə təbliği baxımından əhəmiyyətini vurğulayıb.
Sakinlər səmimi təbriklərə görə təşəkkürlərini bildirərək, elektrik təsərrüfatının yenilənməsi, mavi yanacaqla təminatın yaxşılaşdırılması, əlavə subartezian quyusunun qazılması və yolların təmiri ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciət yerindəcə həll edilib.