Azərbaycanın xalq artisti Emin Ağalarov Silahlı Qüvvələrə dəstək verib.
7times.az xəbər verir ki, bu barədə Emin Ağalarov İnstaqram hesabında yazıb.
O, sahibi olduğu “Sea Breeze Resort”un dost və tərəfdaşları ilə birlikdə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat hədiyyə etdiyini bildirib:
“Yardım üçün təşəkkür edirəm, dostlar! Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”
Follow @7timesaz