Dünya

Ən bahalı və ən ucuz saat hansı prezidentin qolundadır? – Brendlər və qiymətlər…

Ən bahalı və ən ucuz saat hansı prezidentin qolundadır? – Brendlər və qiymətlər…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qol saatının yaranma tarixi 16-cı əsrə təsadüf edir. İlk dəfə 1571-ci ildə qraf Lester Robert Dadli brilyant və mirvarilərlə bəzədilmiş qol saatını ingilis kraliçası 1-ci Yelizavetaya hədiyyə edib. Məhz bu tarixdən qol saatı qadınlar üçün zinət əşyası kimi dəbə düşüb.

Kişilər üçün isə qol saatı 19-cu əsrin əvvəllərindən meydana çıxıb. Zaman-zaman qol saatı həm qadınlar, həm də kişilər üçün sevimli aksesuara çevirilib. İllər ötsə də, texnologiyalar yenilənsə də, vaxt göstəriciləri ilə bağlı yeni cihazlar meydana gəlsə də qol saatı bu gün də dəbdədir.

Sıravi insanlar kimi, siyasi liderlərin də qol saatına marağı həmişə böyük olub. Hətta sadə həyat tərzinə üstünlük verən İosif Stalinin belə qol saatlarından ibarət kolleksiyası olub.

Müasir dövrümüzdəki siyasi liderlər də qol saatına qarşı biganə deyillər. Maraqlıdır, dövlət başçıları qızıldan qiymətli vaxtlarını hansı saatlarla izləyirlər?

ABŞ-ın 46-cı prezidenti, 78 yaşlı Co Baydenin saat arsenalı zəngin olsa da, o, inaqurasiya mərasimində və sonrakı tədbirlərdə daha çox İsveç brendi olan “Rolex Datejust” saatı ilə görünüb. Bu saatın qiyməti Azərbaycan manatı ilə təxminən 16-17 min manatdır. 1905-ci ildə yaradılan “Rolex” şirkətinə məxsus saatların dəqiq işləməsi illər boyu özünü təsdiq edib. Amma ABŞ prezidentinin dəqiq siyasət yürüdəcəyi hələ ki, məlum deyil. Yalnız beş ildən sonra məlum olacaq ki, 78 yaşlı prezident “Rolex”lə müəyyənləşdirdiyi vaxtını hansı siyasətə sərf edib.

Hər dəqiqəsini qızıl sayan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin vaxtını ağ qızıldan olan saatla müəyyənləşdirir. Prezidentin üstünlük verdiyi saat ağ qızıldan hazırlanmış “Patek Philippe Perpetual Calendar”dır. Onun qiyməti 60 min ABŞ dolları civarındadır.

Uktayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı ilə həmfikir olmasa da, saat məsələsində Vladimir Putindən geri qalmamamağa çalışır. Zelenski gündəlik olaraq əsasən “Bovet” saatından istifadə edir. 1822-ci ildə Bove qardaşları tərəfindən yaradılmış şirkətin məhsulları İsveç brendi olaraq dünyanın saat bazarında xüsusi yer tutur. Ukrayna prezidentinin  də zamanı ölçdüyü “Bovet” saatlarının qiyməti 15 min ABŞ dollarından başlayır.

16 il Almaniya Federativ Respublikasının kansleri vəzifəsini daşıyan və siyasi karyerasına son qoymağı planlaşdıran Angela Merkel qarderobunda, məişətində, mətbəxində sadə olduğu kimi, saat seçimində də sadəliyi ilə fərqlənib. Ümumiyyətlə, zinət əşyalarından uzaq olan xanım siyasətçi təkcə öz ölkəsində deyil, bütün dünyada sadə qadın imicini yarada bilib. 16 il ərzində Angela Merkel vaxtını yalnız bir saatla ölçüb. Kanslerin bu illər ərzində istifadə etdiyi “Boccia” saatının qiyməti cəmi 89 avrodur. Saatının qiymətinin ucuz olmasına baxmayaraq Angela Merkel 16 il siyasətdə əsl alman dəqiqliyi ilə işləyib.

Bəzən siyasətin nəbzini zamanında tuta bilməyən Fransa prezidenti Emmanuel Makron Fransanın “Merci” şirkətinin istehsalı olan “LLM-01” saatından istifadə edir. Prezidentin zamanı ölçdüyü saatın qiyməti 250-400 avro arasında dəyişir. Elə Makronun siyasəti də saatının qiyməti kimi tez-tez dəyişməyə meyllidir.

Şimali Koreyanın “əvəzolunmaz” lideri, “qeyri-adi”liyi ilə dünya siyasətçiləri arasında fərqlənən Kim Çen İn üçün zaman məfhumu bir o qədər də önəmli deyil. Şimali Koreya lideri zamanın axarına baxmayaraq 2011-ci ildən ölkədə mütləq hakimiyyətini qoruya bilir. Buna baxmayaraq Kim Çen In də həmkarları kimi saat brendlərinə laqeyd deyil. Görüşlərdə və tədbirlərdə o daha çox qiyməti 10 min ABŞ dollarından başlayan “Omeqa De Ville” saatı ilə diqqəti cəlb edir.

Ermənistanın baş naziri Nikol Paşinyanın da saatlara xüsusi marağı var. Kasıb ölkənin zəngin baş nazirinin saat kolleksiyasında dünyanın ən məşhur brendləri yığılıb. Baş nazirin kolleksiyası zəngin olsa da, o, ölkəsi kimi kolleksiyasını da qoruya bilməyib. Belə ki, 2020-ci il 10 noyabr məğlubiyyətindən sonra Paşinyanın iqamətgahından onun ən sevimli saatını oğurlayıblar. Ermənilərin miskin və yoxsul bir vəziyyətdə olduğu vaxtda Paşinyanın həyat yoldaşı nümayişkarcasına öz saatını reklam etməkdən çəkinməyib. O, saatının qiymətinin 5 milyon dollardan artıq qiyməti olduğunu bildirib. Amma nə fayda? Paşinyanlar ailəsinin bahalı saatları düz 1056 saat , yəni 44 gün işləmədi, bahalı saatlar Ermənistanın xeyrinə hərəkət etməkdən imtina etdi.

Azərbaycan Pezidenti İlham Əliyev həmişə sadə həyat tərzini nümayiş etdirib, zənginliyə meylli olanlara nümunə göstərib. Hətta illər öncə yerli kütləvi informasiya vasitələrinin birində prezident İlham Əliyevin bahalı qol saatı taxdığı ilə bağlı yanlış informasiya dərc olunanda, prezidentin mətbuat xidməti məsələ ilə bağlı açıqlama verərək bildirib ki, İlham Əliyev təbiətcə təvazökar və sadə olduğuna görə həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir. Bağladığı qol saatı adi metaldan hazırlanmış, bahalı olmayan sadə saatdır. Prezidentin saatı bahalı olmasa da, o dəqiq və mükəmməl işləyir. Ən əsası, bu saatla bütün zamanını xalqına və dövlətinə həsr edən İlham Əliyev 44 gün ərzində təkcə Paşinyanın yox, bütün Ermənistanın zamanının “dondurdu”.

Arzu edək ki, hər kəsin saatı xeyirliyə doğru işləsin, dövlət başçılarının saatları isə sülhə, əmin-amanlığa doğru hərəkət etsin.(Savash.org)