Maraqlı

Ən cazibədar 5 bürc

Ən cazibədar 5 bürcbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ətrafımızdakı bəzi insanlar çox çəkici olur. Onların təbii bir cazibəsi var. Hər kəs tərəfindən çox sevilirlər.

İnsanlarla ünsiyyətdə problem yaşamırlar. Onların ətrafında olmağı çox sevirlər. Astrologiyada da bu cür bürclər var.

7Times.az  bakupost.az-a istinadən həmin bürcləri təqdim edir.

BUĞA – Çox duyğusal enerjiləri var. Daha zərif şeylərə maraqlıdırlar. Maqnit kimi özlərinə çəkən bir enerjiləri var. Buğalar özgüvənli olduğu üçün başqalarının xoşuna gəlirlər.

ŞİR – Özgüvənləri və xarizmaları ilə məşhurdurlar. İdarəedici bir xüsusiyyətləri var. Yığıncaq varsa, baş rolda şirlərdir. Başqalarını özlərinə çəkən bir cazibə qüvvələri mövcuddur.

TƏRƏZİ – Cazibələri və zərifliyi ilə tanınır. Başqalarını rahat hiss etdirməkdə çox bacarıqlıdırlar. Çox romantikdirlər. Bu da onları cazibədar edir.

ƏQRƏB – Dərin və sirli auraları var. Başqaları ilə sağlam bir bağlılıq yaratma bacarıqları var. Təbii cazibəyə malikdirlər.

BALIQ – Romantikdirlər. İncə və empatiya dolu bir enerjiləri var. Şübhəcidirlər, duyğusal olaraq ağıllıdırlar. Bu da onların cazibədar olmasına səbəb olur.

Qoç, əkizlər, xərçəng, qız, oxatan, oğlaq və dolça isə başqaları tərəfindən cazibədar görünməkdə çətinlik çəkirlər. Özlərinə çox bağlıdırlar, başqalarının düşüncələrini diqqətə almırlar.