Maraqlı

Epilyasiya və dırnaq qaynağı QADAĞAN olundu – VİDEO

Epilyasiya və dırnaq qaynağı QADAĞAN olundu – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda İran mediası xəbər yayıb ki, İranın Məşhəd şəhərindəki qadın gözəllik salonlarında insanların qeyri-ənənəvi paltarlar geyinməsi, habelə dırnaq qaynağı və bədənin gizli yerlərinə tatuların vurulması və epilyasiyası qadağandır.

“Azad İran”ın xəbərinə görə, bu göstəriş İranın Yaxşı İşlərə Dəvət Etmə və Pis İşlərdən Çəkindirmə Qərargahının əmri ilə və epilyasiyanın “böyük günah” hesab edilməsi səbəbilə verilib.

Eyni zamanda bu xəbərdarlığa baxmayaraq, bəzi qadın gözəllik salonlarının qadağan olunmuş xidmətləri davam etdirməsi barədə məlumatlar yayılıb. Bəzi mənbələr qadağanın Məşhədlə məhdudlaşmadığını, digər əyalət və şəhərlərdə də oxşar xəbərdarlıqların edildiyini bildiriblər.