“Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqəsinin qurulması həyati əhəmiyyət daşıyır”.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının VIII Zirvə görüşündə bildirib.
“Ticarət və qarşılıqlı sərmayələrimizi davamlı olaraq artırmalıyıq. Ticarətin sadələşdirilməsi ilə bağlı strateji sənədlərin imzalanmasına əhəmiyyət verirəm. Biz tranzit sənədlərini gündəmimizdən çıxarmalı və tranzit ödənişlərini rəqabətli səviyyəyə çatdırmalıyıq. Biz mümkün qədər qısa zamanda beynəlxalq yükdaşımalarla bağlı müqaviləi imzalamalıyıq. “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizi, Azərbaycanın öz ərazisi olan Naxçıvanla əlaqəsinin qurulması həyati əhəmiyyət kəsb edir”, – deyə dövlət başçısı vurğulayıb.
Follow @7timesaz