Azərbaycanın qələbəsi ilə nəticələnən müharibədən sonra baş verən Ermənistanın təxribatları qəbuledilməzdir.
Bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Gənclər və İdman Nazirliyinin yeni yataqxanalar kompleksinin açılış mərasimində çıxış edərkən bildirib.
“Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bunun nəticələri ilə üzləşəcək. Bir daha azərbaycanlı şəhidlərimizə rəhmət diləyirəm. Başda qardaşım İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına başsağlığı verirəm”, – deyə dövlət başçısı bəyan edib.