Cəmiyyət

Ərəb turistlər Azərbaycan təbiətinə növbəti dəfə ZƏRBƏ VURDULAR – FOTO

Ərəb turistlər Azərbaycan təbiətinə növbəti dəfə ZƏRBƏ VURDULAR – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana gəlmiş ərəb turistlərin növbəti dəfə qanunsuz ov etməsi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.

7times.az-ın məlumatına görə, Küveytdən gəldikləri bildirilən ərəblər adı Azərbaycanın “Qırmızı kitab”ına düşən nadir Qafqaz durnasını ovlayıblar.

Hadisənin Qax Dövlət Təbiət Yasaqlığında baş verdiyi qeyd olunur.

Azərbaycan təbiətinin nadir quşunu ovlayan ərəblər bunu lentə alaraq sosial şəbəkələrdə nümayiş də etdiriblər.

Nəticədə görüntülər minlərlə izləyici qınağına və hiddətə səbəb olub.

Azərbaycanın rəsmi qurumlarının olayla bağlı hələ ki açıqlaması yoxdur.