Azərbaycan və Ermənistan arasında imzalanan sazişin 5 şərtinin yüksək səviyyədə həyata keçirilməsi hazırda aktual mövzulardandır. Bu şərtlərin qəbul edilməsi Azərbaycanın mənəvi və geosiyasi maraqlarını tam şəkildə təmin edir.
Bunu 7Times.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.
“İndi ən əsas məqam odur ki, ikitərəfli danışıqlar formatı həyata keçsin və artıq əvvəlki kimi ərazi iddiası gündəmə gətirilməsin. Bu istiqamətdə Azərbaycan tərəfi öz çalışmalarını davam etdirir və beynəlxalq aləmdan də dəstək alır. ”
Ermənistan tərəfinin sazişə maraq göstərməsinə rəğmən hələ də təxribatları davam etdirməsi mövzusuna deputat Fazil Mustafa III tərəflərin aktual şəkildə məsələyə müdaxiləsi ilə əlaqələndirdi.
“Bu məsələlərin çözülməsi Ermənistan tərəfi ilə danışıqlarda qarşılıqlı şəkildə aparılmalıdır. Bu təxribatlar 3-cü qüvvələr tərəfindən yönləndirilən ermənilər tərəfindən də olar. Qarabağ ermənilərinin tamam fərqli istiqamətdə idarə olunması qarşılıqlı münasibətlərə bilavasitə mənfi təsir göstərən amillərdəndir. Ona görə dəbu məsələdə təkcə Ermənistan tərəfinin iradəsi deyil, başqa amillərin də təsiri vardır. Ona görə də bu məsələlərin sülh yolu ilə həll edilməsixüsusi həssaslıq tələb edir ”- deyə deputat açıqlamasında bildirib.
Rəna İbrahim.
7Times.az
Follow @7timesaz