Maraqlı

Ərinə xəyanət edən qadınlar – Dünya xalqları onları necə cəzalandırır? İki yerə bölmə,baş kəsmə…

Ərinə xəyanət edən qadınlar – Dünya xalqları onları necə cəzalandırır? İki yerə bölmə,baş kəsmə…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəyanət bütün dövrlərdə ailələrin dağılmasına yol açan əsas səbəblərdən biri olub. Kişi xəyanəti qadın xəyanətinə nisbətən həmişə yüngül hal sayılıb. Qadın xəyanəti isə əksinə, heç vaxt bağışlanmayıb. Xüsusən patriarxal cəmiyyətlərdə qadın xəyanətiu ağır əməl sayıldığına görə onlara daha sərt cəzalar verilib. Modern.az saytı dünya xalqlarının qadın xəyanətinə görə hansı cəzaların verdiyini araşdırmağa çalışıb.

Şəriət hökmlərinin Cinayət Məcəlləsini əvəzlədiyi İranSəudiyyə ƏrəbistanıMavritaniyaBirləşmiş Ərəb ƏmirlikləriNigeriya və Sudanda qadının ərinə xəyanət etməsi sübut olunduğu halda, onu daş-qalaq edərək öldürürlər. Xanımına xəyanət etmiş kişilər isə yalnız ictimai qınaqla üzləşirlər. 1990-cı ildən İranda mövcud olan qanuna görə, xəyanət etmiş qadın əri, yaxud ərinin kişi qohumları tərəfindən məhkəməyə qədər öldürülə bilər.

 Türkiyədə xəyanətə görə verilən cəzalar 1996-cı ildə yüngülləşdirilib.

Şəriət qaydalarının güclü olduğu Pakistanda isə xəyanətə görə qadını kütlə qarşısında asırlar.

Əfqanıstanda Taliban hərəkatı qadınları xəyanətə görə daş-qalaq edir, yaxud asır. Lakin yeni Əfqanıstan hökuməti bu qaydaları yüngülləşdirərək, xəyanətə görə şallaq vurmadan 10 ilə qədər həbsə kimi müxtəlif cəzalar tətbiq edib.

İndoneziyada qadın xəyanəti 15 il həbslə cəzalandırılır.

Bolqarıstanda xəyanət etmiş tərəf xəyanətə uğrayan tərəfə mütəmadi olaraq aliment ödəməli olur.

İsveçrədə xəyanətə görə cinayət məsuliyyəti, yaxud cərimə nəzərdə tutulmasa da, məhkəmə xəyanətkar tərəfə 3 il müddətinə nikahagirmə qadağası qoya bilər.

Böyük Britaniyada uzun illər mövcud olan qanun xəyanətə uğramış kişiyə qadından birdəfəlik kompensasiya tələb etmək hüququ verirdi. Həmin kompensasiya nikah müddətinə kişinin ailəsi üçün çəkdiyi xərcləri qarşılamaqla yanaşı, dəymiş “mənəvi zərəri” də ödəməli idi.

Çində ərinə xəyanət edən qadınlar 2 ilə qədər azadlıqdan məhrum oluna bilərlər. Bu zaman onun bütün əmlakı ərinin xeyrinə müsadirə olunur.

ABŞ-ın 10 ştatında “xəyanət” cinayət faktı sayılır. Məsələn, Minnesota ştatında həm kişi, həm də qadın xəyanətə görə 5 ilə qədər həbs cəzası və cərimə ala bilər.

Qədim monqollar ərinə xəyantə edən qadını qılıncla iki yerə bölürdülər.

Britaniyanın qədim sakinləri olmuş bretonlular isə xəyanətə görə qadını ölüncəyə qədər qamçılayırdılar.

Asiyanın cənubunda mövcud olmuş Tonkin krallığında xəyanətkar qadınlar fillər tərəfindən tapdalanırdı.

Afrikadakı kiçik Luanqo krallığında isə adətən, vəfasızlıq etmiş qadını sevgilisi ilə qayadan atırdılar.

Kanadada yaşayan hindular xəyanət etmiş qadınların saça bitişik baş dərisini bıçaqla soyurdular.

Afrikanın mərkəzi bölgələrində yaşayan bəzi tayfalar xəyanətkar qadının uşaqlığını çıxarmaqla onu cəzalandırırdılar.

Qədim Assuriya dövlətində xəyanətə uğramış şəxs həm xanımını, həm də onun məşuqunu öldürmək hüququna malik idi. Əgər o, bundan imitna edirdisə, başqa cəzalar da seçə bilərdi.

Orta əsr Avropasında bu əməllərinə görə qadınlar ömürlük monastırlara göndərilə bilərdilər. Bəzi hallarda isə xəyant etmiş qadınların burnu, dodaqları və qulaqları kəsilməklə eybəcər hala salınırdı.

Yeni Qvineyada isə hələ də keçmiş adətlərə riayət olunur. Belə ki, ada dövlətinin Madanq vilayətində ər xəyanət etmiş həyat yoldaşının sevgilisinin başını kəsməlidir. Edamdan öncə, həmin şəxs xəyanət etmiş qadının baş barmağını yeməlidir. Belə hallarda, adətən həmin qadın icmanı tərk edir və lənətlənmişlər vadisi adlı ərazidə ömrünün sonuna qədər yaşayır.

Azərbaycanda ərin və ya arvadın xəyanəti cinayət sayılmır… Həmin şəxs ciddi ictimai qınağa məruz qalır. Eyni zamanda xəyanət ailənin dağılması ilə nəticələnə bilir.

Rusiyadada xəyanət cinayət sayılmır.