Ölkə

“Erkən nikah – ailə genefondu təhlükə ilə üz-üzə” adlı layihəsi çərçivəsində Biləsuvar rayonundan son tədbir keçirmişdir

“Erkən nikah – ailə genefondu təhlükə ilə üz-üzə” adlı layihəsi çərçivəsində Biləsuvar rayonundan son tədbir keçirmişdirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Dünya, Ana və Uşaqlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən nikah – ailə genefondu təhlükə ilə üz-üzə” adlı layihəsi çərçivəsində Biləsuvar rayonunda tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə açan “Dünya, Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva layihənin əsas məqsədi, qarşıya qoyulmuş vəzifələr, ölkəmizdə erkən nikahın qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatlarının rolunu qeyd etmiş, dövlətin sosial sahədə apardığı siyasətin əsas istiqamətlərindən biri olduğunu qeyd etmişdir.
Layihəyə cəlb olunmuş ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov erkən nikahın qarşısının alınması üçün gənclərin ali və peşə təhsilinə yönləndirilməsinin vacib olduğunu, valideynlər və müəllimlərin gənclərin təhsil və tərbiyəsinə xüsusi qayğının zəruri olduğunu qeyd etmişdir. Tədbir interaktiv formada və müzakirə xarakterli olmuşdur. Belə ki, tədbir iştirakçıları erkən nikahın qarşısının alınması sahəsində tədbirlərin keçirilməsinin zəruri olduğunu, keçirilmiş tədbirlərin erkən nikahın qarşısının alınmasına müsbət təsirindən söz açmışlar. Biləsuvar rayonunda son vaxtlar erkən nikah probleminin qismən aradan qaldırılmış olması, gənclərin təhsilə yönləndirilməsi istiqamətində dövlətin apardığı islahatlardan öz razılıqlarını ifadə etmişlər.
ifadə etmişlər.