Aktual

Erməni nazir Gorus-Qafan yolundan keçdi

Erməni nazir Gorus-Qafan yolundan keçdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ərazilərin idarə edilməsi və infrastruktur naziri Qnel Sanosyan Gorus-Qafan yolundan istifadə edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, 21 kilometrlik hissəsi Azərbaycan ərazisindən keçən yol barədə təssüratlarını bölüşüb.

“Bir neçə gün öncə, Zəngəzurda oldum. Əvvəlcə, alternativ Tatev-Aqvani yolunda, sonra isə əsas Gorus-Qafan trasında oldum. Ərazidə heç bir təhlükə müşahidə etmədim. Sərhədlərlə müəyyənləşmək çətin olacaq amma çalışaq ki, insidentlər olmasın”,- deyə nazir qeyd edib.

 

Qeyd edək ki, Gorus-Qafan yolunda Azərbaycan polisinin postu və gömrük xidməti fəaliyyət göstərir. Rəsmi Bakı İrəvana Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsindən müvəqqəti istifadə etməyə icazə verib.