Aktual

Erməni ombudsman əsir hərbçilərimizin durumunu tərifləyir – Qırmızı Xaç isə susur

Erməni ombudsman əsir hərbçilərimizin durumunu tərifləyir – Qırmızı Xaç isə susurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsan haqları ombudsmanı Anait Manasyan Ermənistan ərazisində saxlanmış iki azərbaycanlı hərbçiyə baş çəkib, onların saxlanma vəziyyəti, hüquqlarının təminatı məsələləri ilə tanış olub”.

7Times.az  xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb. Ombudsman aparatının bildirdiyinə görə, birbaşa söhbətlər zamanı dövlət orqanları, vəzifəli şəxslər tərəfindən işgəncə, pis rəftarın digər forması, eləcə də psixoloji təzyiqlə bağlı şikayət eşidilməyib.

Manasyan sözügedən şəxslərin müvafiq şəraitdə saxlandığını, eləcə də daimi içməli su, qida məhsulları, gigiyenik ləvazimatlarla təmin olunduğunu, gərəkdiyi halda tibbi yardım və xidmət aldığını qeyd edib. Azərbaycanlı hərbçilər onlara qarşı irəli sürülmüş ittihamlarla tanış olduqlarını, pulsuz ictimai vəkillə təmin edildiklərini deyiblər.

Bu, erməni ombudsmanının verdiyi məlumatdır, onun nə qədər həqiqət olduğu məlum deyil. Azərbaycanlı hərbçilər saxlanlıan zaman onlara verilən amansız işgəncələr, aşkar görünən hədsiz nifrət insan haqları müvəkkilinin dediklərini şübhə altına alır. Təəssüf ki, bu günə qədər Beynəlxalq Qızıl Xaç Komitəsi hərbçilərimizə baş çəkərək onların durumu ilə bağlı hər hansı informasiya yaymayıb. Xankəndi ilə İrəvan arasında 3 aydır fasiləsiz missiya həyata keçirən beynəlxalq təşkilatın ictimailəşən işgəncə faktlarından narahat olub əsir götürülmüş hərbçilərin durumu ilə maraqlanmaması qərəzli münsibətin göstəricisi hesab oluna bilər.

“AzPolitika.info”