Münaqişə

Erməni təxribatı: İndiyədək 92 mülki şəxs qətlə yetirilib

Erməni təxribatı: İndiyədək 92 mülki şəxs qətlə yetirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən 7times.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 92 mülki şəxs qətlə yetirilib, 405 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 502, çoxmənzilli yaşayış binalarının sayı 100, yaşayış evlərinin sayı isə 2 971-dir.