Aktual

Erməni “xilasedicilərin” türkləri dağıntılardan sağ-salamat çıxaracağına kim təminat verir – Paylanın şübhəli fotoları…

Erməni “xilasedicilərin” türkləri dağıntılardan sağ-salamat çıxaracağına kim təminat verir – Paylanın şübhəli fotoları…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azər Həsrət: “Türkiyənin müvafiq qurumları uyğun şəkildə həmin xilasedicilərlə bağlı lazımlı tədbirlər həyata keçirir”

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dünya ölkələri Türkiyə üçün səfərbər olunub. Dünyanın çoxsaylı ölkəsi Türkiyə üçün ayağa qalxıb. Maraqlı məqam ondan ibarətdir ki, qardaş ölkəyə yardım edən və ya yardım edirmiş kimi görüntü yaradanlar arasında Ermənistan da var.

Türkiyənin erməni millət vəkili Karo Paylan sosial şəbəkədə yazıb ki, erməni xilasediciləri Adıyamanda işə başlayıb. Karo Paylanın paylaşdığı fotolara diqqət yetirəndə görünür ki, xilasedicilər dağıntılar altında qalan şəxsləri xilas etmir, sadəcə görüntü naminə hadisə yerindədir. Əgər erməni xilasedicilər dağıntılar altında qalan bir şəxsi belə xilas etsəydilər onun görüntüsünü yayardılar. Onu da qeyd edək ki, türk mediası hər saat dağıntılar altında sağ və ölmüş şəxsləri hansı ölkəyə məxsus xilasedicilərin çıxarması ilə bağlı məlumat yayır. Bugünə kimi hələ erməni xilasedicilərin dağıntılan altında nə sağ, nə ölmüş şəxsi çıxarması ilə bağlı məlumat yayılmayıb. Onu da qeyd edək ki, erməni xilasedicilərin hadisə baş verən əraziyə dəstək məqsədilə getməsi inandırıcı görünmür.

Nə dərəcədə etimad etmək və inanmaq olar ki, Ermənistandan gəlmiş xilasedicilər dağıntıların altında ölümlə mübarizə aparan Türkiyə vətəndaşlarına canla-başla xilas etməyə çalışacaq? Həmçinin, kim zəmanət verə bilər ki, dağıntılar altında türkləri xilas etmək əvəzinə onları öldürməyəcək?

  • “…erməni xilasedicilərin dağıntılar altında qalan şəxsləri sağ xilas etmək kimi fikirlərinin olması inandırıcı görünmür”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistana etimad etmək olmaz. Milliyyətcə erməni olan Türkiyə millət vəkili Karo Paylan Türkiyənin əleyhinə nə lazımdırsa onu etməklə məşğuldur: “Karo Paylan Türkiyədə bölücülüyü, antitürk hərəkatlarını açıq şəkildə  dəstəkləyir. Bu şəxsin Türkiyə dövlətinin xeyrinə hər hansı bir davranışı hələ ki, qeydə  alınmayıb. Belə bir şəraitdə Türkiyədə baş verən zəlzələ ilə bağlı erməni xilasedicilərin dağıntılar altında qalan şəxsləri sağ xilas etmək kimi fikirlərinin olması inandırıcı görünmür. Ermənistandan gələn xilasedicilərin hər hansı bir xoşagəlməyən əməl törədəcəyi ehtimalı yox deyil. Çünki xislət və xarekter olaraq  ermənilər hər fürsətdə zərbə vurmağa çalışıblar. Hesab edirəm ki, Türkiyə dövləti də ermənilərə etibar etmədiyi üçün onları nəzarətsiz buraxmaz. Yəqin ki, Türkiyənin müvafiq qurumları uyğun şəkildə həmin xilasedicilərlə bağlı lazımlı tədbirlər həyata keçirir”.