Aktual

“Ermənilər hər zaman kiminsə nökəri vəzifəsindən çıxış edib” – MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ

“Ermənilər hər zaman kiminsə nökəri vəzifəsindən çıxış edib” – MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni ideologiyası son 300 ildə Avropa və dünyanın aparıcı ölkələr tərəfindən ortaya atılaraq Osmanlı imperiyası və türk dövlətlərini sarsıtmaqdan ötrü istifadə edilir. Məhz ermənilər də onların bir toplum kimi formalaşmasına şərait yaradanlara arxalanır”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Millət vəkili qeyd edib ki, ermənilər elə bil xülya ilə yaşayırlar ki, guya nə vaxtsa bir gün böyük Ermənistan imperiyası yaranacaq: “Cənab Prezidentin qeyd etdiyi kimi, biz təkcə Ermənistanı deyil, bütün dünya ermənilərini sarsıtmışıq. Ermənilərin Amerikada, Fransada, Rusiyada diasporların fəaliyyət göstərməsi həmin ölkələrin onlardan istifadə etməsi ilə nəticələnir. Ermənilər hesab edir ki, bu dövlətlərin köməyi ilə nəyəsə nail olacaq. Ona görə də onlar məğlubiyyəti qəbullana bilmirlər. Ermənistanın Baş naziri Nikol Paşinyanın 10 noyabrda verdiyi razılıqda öhdəsinə götürmüşdür ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, dermitasiya və demarkasiya məsələri barədə müsbət düşünür. Bu hal bir müddət keçəndən sonra isə cəbhədə törətdikləri təxribatlar nəticəsində öz dediklərini inkar edərək, namərdlik nümayiş etdirirlər. Onlar anlamır ki, ideoloji cəhətdən Azərbaycan və türk dünyası inteqrasiya yoluna qədəm qoyub və buna görə də onlar öz istəklərinə çata bilməyəcəklər. Artıq ermənilər əvvəlki kimi meydan sulaya bilməzlər. Hər zaman ermənilər kiminsə nökəri vəzifəsindən çıxış edərək, öz yalan ideologiyalarını dünyaya yayıblar”.