Cəmiyyət

Ermənilər Tərtəri yenidən atəşə tutdu, bir mülki şəxs yaralandı

Düşmən tərəfindən yenidən atılan top mərmisi rayonun Ələsgərli kəndinə düşüb.

Ermənilər Tərtəri yenidən atəşə tutdu, bir mülki şəxs yaralandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu növbəti dəfə atəşə tutmaqda davam edir.

7times.az xəbər verir ki, oktyabrın 19-u səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsi ilə rayonun ətraf kəndlərinə atəş açır.

Düşmən tərəfindən yenidən atılan top mərmisi rayonun Ələsgərli kəndinə düşüb.

Nəticədə 1962-ci il təvəllüdlü mülki sakin yaralanıb və xəstəxanaya yerləşdirilib.