“Ermənistandakı etiraz aksiyalarının əsas təşkilatçıları Sarkisyan və Koçaryandır. Onların əlləri mənim xalqımın qanına bulaşıb. Öz xaqlarını aldadırlar, Qarabağı geri alacaqlarını vəd edirlər. Amma heç vaxt bir də buna nail ola bilməyəcəklər, ancaq qulağının dibini görərlər”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov ermənilərin bununla heç nəyə nail ola bilməyəcəklərini bildirib:
“Bizim Ali Baş Komandanımız, güclü ordumuz və həm də yanımızda qardaş Türkiyə kimi bir ölkə var. Biz özümüzə güvənirik. Bu etiraz aksiyalarını keçirməkdə məqsəd odur ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırsınlar və hakimiyyətə Rusiyanın adamlarından biri təyin olunsun. Ermənilərin daşnaksütyun partiyası var və 1894-cü ildən onlarda belə bir maddə yazılıb ki, harda türk görsəniz öldürün. Bu onların partiyalarının qaydasıdır. Bunu isə dünya müzakirə etməlidir, qınamalıdır. Rusiya əl altından Ermənistanı qarışdırır.
Mənim iş otağımda 1747-ci ilin xəritəsi var. O xəritədə göstərilir ki, ərazilərdə 89 faiz türklər olub. On bir faiz isə digər millətlər olub. Ermənilərin dövləti olmayıb, onlar Hindistandan gəlmədirlər. Sovet hökuməti 1922-ci ildə onlara ayrıca dövlət yaratdı, İrəvanımızı alıb Yerevan elədi. Ona görə də başımıza bu bəlalar gəlir.
Mənim Azərbaycanımın Təbriz, Bakı, Gəncə, Bərdə, Şamaxı, Qəbələ paytxatı olub. Bizim dövlətin sərhəddində öz torpaqlarından başqa heç kəsin dövləti yoxdur. Dərbənd də bizim olub.
Rusiyanın paytaxtı olan Moskvanın təməli 1147-ci ildə qoyulub. Bizim dövlətimiz olanda heç Moskvanın əsas qoyulmamışdı. Rusiyada da dövləti yaradan əsasən türklər olub. Orda çoxlu türkdilli xalqlar yaşayır. İndi isə gəlib dünyanı tutublar. Hər şeyi atıb ancaq silah hazırladırlar və bütün dünyanı zəbt etdilər”.
Follow @7timesaz